Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması. AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən işlər. AXC-nin görkəmli nümayəndələri.

         Aprelin 19-da məktəbin ana dili müəllimi Səadət Bağırovanın təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması. AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən işlər. AXC-nin görkəmli nümayəndələri" mövzusunda "Dəyirmi masa" keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan müəllim tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. Sonra çıxış edən şagirdlər bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk demokratik respublika olan AXC-nin qurucuları haqqında geniş məlumat veriblər. Mövzu ilə bağlı olaraq videofilm nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi