"Yaşıl guşə"-məktəbyanı sahələrin fitodizaynı və landşaft dizaynı
Aprelin 18-də Məktəblilərin Respublika Yaradıcılıq Festivalının Əsasnaməsinə uyğun olaraq məktəbdə "Ekoloji yönümlü və enerji effektli məktəb" respublika müsabiqəsi üzrə ""Yaşıl guşə"-məktəbyanı sahələrin fitodizaynı və landşaft dizaynı" nominasiyası üzrə ekoloji-tematik gün keçirilib. Ekoloji gündə iştirak edən şagirdlər əvvəlcədən kəsib rənglədikləri köhnə maşın təkərlərini məktəbin həyətində səliqə ilə basdırıblar. Sonra həmin hissədə xüsusi seçilmiş bəzək gülləri əkiblər.