Su sərfiyyatına qənaət
Məktəblilərdə ekoloji düşüncə tərzi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə aprelin 11-də məktəbdə "Ekoloji yönümlü və enerji effektli məktəb" respublika müsabiqəsinin "Su sərfiyyatına qənaət" adlı nominasiyası üzrə tədbir keçirilib. Tədbirdə 7"B" və 7"D" siniflərindən 18 şagird iştirak edib. Şagirdlər əvvəlcə məktəbyanı sahədə hazırladıqları təqdimatları nümayiş ediblər. Sonra məktəbin konfrans zalında mövzu ilə bağlı slayda tamaşa ediblər.