Tarix fənninə həsr olunmuş bilik yarışı
Aprelin 10-da məktəbdə tarix müəllimləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fənni üzrə təcrübəçi tələbələrin təşəbbüsü ilə "Bilik yarışı" keçirilib. "Bilik yarışı" məktəbin VII sinifləri arasında keçirilib. İki mərhələdən ibarət olan yarış "Aprel döyüşləri"nə həsr olunub. Beş komandada arasında gedən gərgin yarışın qalibi 7"E" sinfi olub. Qaliblər diplom və hədiyyələrlə təltif olunub.