"Gənc istedadlar" Breyn-rinq yarışının IV mərhələsi keçirilib

     "Gənc istedadlar " breyn rinq yarışının növbəti mərhələsi baş tutub. 2 aprel 2019- cu il tarixində 36 nömrəli məktəbin ev sahibliyi və 21,76,113,145,312 nömrəli məktəblərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yibileyinə həsr olunmuş yarış keçirilib. Məktəblərarası əməkdaşlığın gücləndirilməsi , şagirdlərə komanda işinin aşılanması , dünyagörüşünün artırılması məqsədi ilə təşkil olunan yarış mərhələli olaraq keçirilir və hər mərhələdə növbəti turun mövzusu müəyyənləşdirilir. İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti yarışı 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva açıb. O , yarışın qaydaları və gedişatı ilə hər kəsi tanış etdikdən sonra yarış başlayıb. Sayca dördüncü olan yarışın sonundaməktəbimizin  "Zirvə" komandası 15 xalla birinci olaraq kuboka layiq görülüb. Bu münasibətlə şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi