"Şagirdlər tanıdır" layihəsi Neft Emalı Zavodunda

       Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.5-ci bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi davam edir. Layihə çərçivəsində iştirakçı olan məktəblərin 6-8-ci sinif şagirdləri yaşadıqları rayonun və qəsəbənin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar toplayır, onu digər məktəblərin şagirdləri ilə bölüşürlər. Artıq 21 , 76 , 312 nömrəli məktəblərin ev sahibliyi ilə Suraxanı , Yasamal , Nizami rayonunun tarixi abidələri , görkəmli şəxsiyyətləri , mədəniyyət abidələri ilə tanışlıq baş tutmuşdur. 25 fevral 2019- cu il tarixində layihənin dordüncü turu da reallaşdı. Bakının Nizami rayonunda yerləşən 145 nömrəli məktəbin ev sahibliyi ilə reallaşan görüşdə şagirdlər Heydər Əliyev adına Neft Emalı Zavodunda oldular. Burada qonaqlara 145 nömrəli məktəbin şagirdləri rayon , məktəb və zavod haqqında dolğun məlumat çatdırdılar.Daha sonra zavodun işçiləri tərəfindən hazırlanmış videorolikə baxdılar. Sonda verilən məlumatların şagirdlərin yaddaşında necə qaldığını yoxlamaq üçün viktorina keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi