"Valideynin Məktəbdə Bir Günü"

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən ""Valideynin Məktəbdə Bir Günü" adlı layihəsi  keçirilir. Məktəbimizdə də bu layihə əsasında geniş tədbir keçirilib. Tədbirdə Təlimə Dəstək Mərkəzinin metodisti Xatirə Xudiyeva da iştirak edib. Valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə töhfə verə biləcək rəyləri, təklifləri dinlənilb və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Cədvəl üzrə bütün siniflərdə IV dərs "Açıq dərs" elan edilib. Valideynlər  həmin dərslərdə iştirak edərək dərs prosesini izləyiblər. Layihənin proqramına uyğun olaraq sonda akt zalında Beynəlxalq Ana dili günü münasibətilə möhtəşəm tədbir nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi