"Ana dilimizi sevək, sevdirək" adlı silsilə tədbirlər
Dil hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Məktəbimizdə də həmin əlamətdar gün münasibəti ilə silsilə tədbirlər keçirilməkdədir. Bu gün məktəbimizin 3"B",3"C",3"D" və 3"E" siniflərində "Ana dilimizi sevək, sevdirək" adlı tədbir keçirilib.