"Riyaziyyat estafeti" adlı tədbir
Riyaziyyat elmi şagirdlərin təfəkkürünün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində müstəsna rol oynayır. Bununla yanaşı bu elm şagirdlərdə diqqətin, hafizənin və nitqin inkişafına kömək edir. Məktəbimizdə keçirilən fənn aylıqları çərçivəsində ayrı-ayrı fənnlərə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də məktəbimizin riyaziyyat müəllimi Aybəniz Qasımovanın təşəbbüsü ilə keçirilən "Riyaziyyat estafeti" adlı tədbir olmuşdur..