Ruhunun önündə baş əyirik biz – Vətənin qəhrəman oğlu Mübariz!

     Fevralın 7-si xalqımızın fəxri, vüqarı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günüdür. Onu ölkəmizdə kiçikdən böyüyə hamı tanıyır. Minlərlə gənc, hətta məktəbə qədəm qoyan balaca uşaqlar belə ona bənzəmək istəyirlər. Milli ordumuzda elə bir əsgər tapılmaz ki, Mübarizin qəhrəmanlıq yolunu təkrar etmək ürəyindən keçməsin! Dünyanın hər yerində bizə rəğbət bəsləyən, Qarabağ döyüşündə səbirsizliklə qələbəmizi gözləyən, təəssübümüzü çəkən hər kəs onu tanıyır. Hamının da qəlbində ona xüsusi məhəbbət, ehtiram, hörmət var. Bununla əlaqədar olaraq məktəbimizin müəllim və şagirdləri II Fəxri xiyabanda əfsanəvi qəhrəman Mübariz İbrahimovun və digər Milli Qəhrəmanların məzarını ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi