Məktəbdə fənn metodbirləşmə iclaslarına start verilib
Məktəbin illik Fəaliyyət planının 1.1.1-ci və 3.3.12-ci bəndlərinə uyğun olaraq tədris ilinin məqsəd və mahiyyətinin izah olunması və metodbirləşmə işinin təşkilinin həyata keçirilməsi məqsədi ilə məktəbdə fevralın ayında başlayaraq fənn metodbirləşmələrinin iclasına start verilib. Bununla əlaqədar olaraq fevralın 6-da Azərbaycan dili və ədəbiyyatı fənni və fevralın 8-də ingilis dili fənni üzrə metodbirləşmə iclası keçirilib. İclasda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimlər iştirak edib.