"Məktəb illəri" adlı məzun günü

       İnsanın özünə aid olan və kimsənin ondan ala bilməyəcəyi bir sərvəti, bir dövləti var ki, o da xatirələrdir. O xatirələr ki, nə unudular, nə köhnələr. O xatirələr ki, onunla yaşıyar, onunla yaşlanar, sevinər və kədərlənərsən. Düz 40 il bundan əvvəl məktəbli olan məzunlar yanvarın 22-də məktəbimizdə keçirilən "Məktəb illəri" adlı gecəyə qonaq olmuşlar. Tədbirdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, məzunlar, şagirdlər və valideynlər iştirak edib. Tədbirin birinci hissəsi məktəb şagirdlərinin hazırladıqları rəngarəng kompozisiya ilə yadda qalıb. Şagirdlərin çıxışından sonra söz məzunlara verilib. Çıxış edən məzun Rəhilə xanım məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirib. Məzunlar təhsil müəssisəsi ilə bağlı kövrək xatirələrini bölüşüblər. Ötən illərin şəkillərindən ibarət slayd nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi