Məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının II mərhələsi keçirilib

       Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin Fəaliyyət Planının 1.1.1.23-cü bəndinə müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə yanvarın 16-da  məktəbimizdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsinə həsr olunmuş ikinci mərhələsi keçirilib. Bu mərhələdə komandalar Azərbaycan dili, fizika, kimya fənlərindən və ümumi dünyagörüşündən biliklərini sınayıblar. Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir. İkinci mərhələnin qalibi 9 xalla 113 nömrəli məktəbin şagirdləri olub. Eyni zamanda yekun hesablamada 20 xalla 113 nömrəli məktəbin "Bilik" komandası liderliyi əldən verməyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi