Məktəbimizdə görkəmli şair Vahid Əzizlə görüş keçirilib

      Dekabrın 11-də məktəbimizdə tanınmış şair və tərcüməçi, AYB-nin və Jurnalistlər Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib. Tədbirin mötəbər qonaqlarından biri də respublikamızın Xalq artisti, ali dərəcəli diktor Eldost Bayram olub. Aparıcılar şairin həyatı, yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat səsləndiriblər. Şagirdlər şairin şeirlərini, şeirlərinə yazılmış mahnılarılarını ifa ediblər. Sonra söz qonaqlara  verilib. İştirakçıları xoş ovqatla salamlayan hər iki qonaq  belə bir tədbirin təşkil edilməsinə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib və bu görüşün onlarda olduqca gözəl təəssürat oyatdığını qeyd ediblər. Ardınca şair  müəllim və şagirdlərin suallarını cavablandırıb, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, öz şeirlərini oxuyub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi