Məktəbin 3"C" sinfində "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş tədbir kecirilib

      Məktəbimizin ibtidai sinif müəllimi Ləman İdayətovanın təşkilatçılığı ilə 3"C" sinfində "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə "Gəlin, həmrəy olaq" adlı tədbir keçirilib. Tədbir iştirakçılarını salamlayan və bayram münasibətilə təbrik edən şagirdlər bu günün yaranma tarixi haqqında ətraflı məlumat veriblər. Şagirdlərin söylədikləri şeirlər, ifalar, milli rəqslər və mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məktəbin direktoru Rəna Ağazadə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müəllimləri və şagirdləri təbrik edərək bildirib ki, 31 dekabr tariximizin ən şərəfli günü kimi dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən yüksək səviyyədə qeyd edilir. Şagirdlərizin böyük həvəslə hazırladıqları bu bayram tədbirini də Həmrəylik Gününə bir töhfə olduğunu söyləyib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi