Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbiri

      Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Məktəbimizdə bu gün böyük təmtəraqla qeyd olunub. Foyedə şagirdlərin Həmrəylik günü və Yeni ilə həsr olunmuş əl və rəsm işləri sərgisi keçirilib.  İbtidai sinif şagirdləri üçün hazırlanan Yeni İl şənliyi kiçik yaşlı şagirdlərin sevincinə səbəb olub. Yeni ilin atributları-Şaxta baba və Qar qızın bu şənliyə gəlişi isə  balacaların sevincini daha da artırıb. Şagirdlər  al-əlvan şam ağacının ətrafında rəqs edərək  Şaxta baba, Qar qız və şən klounlarla birgə əyləniblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi