"Sağlam həyat tərzi" mövzusunda maarifləndirici söhbət

    Dekabrın 24-də məktəbin həkimi Xanım Məmmədova 8-ci sinif şagirdləri ilə "Sağlam həyat tərzi" mövzusunda maarifləndirici söhbət aparıb. Əvvəlcə həkim şagirdlərə talassemiya xəstəliyi haqqında ətraflı məlumat verib və onları bu genetik xəstəliyin nəsildən-nəslə ötürülmə yolları ,müayinə və müalicəsi haqqında maarifləndirib, ölkəmizdə bu xəstəliyin qarşısını almaq və müalicəsi üçün qəbul edilən proqramlar və görülən tədbirlərdən danışıb. Söhbət zamanı Xanım Məmmədova qeyri – infeksion xəstəliklər , o cümlədən zərərli vərdişlər olan tütündən, spirtli içkilərdən istifadə, onların fəsadları və törətdiyi xəstəliklər barədə şagirdləri məlumatlandırıb. Əsrin  bəlası olan narkomaniya insanlar arasında, cəmiyyətdə törətdiyi problemlər, insan şəxsiyyətinə və sağlamlığına vurduğu zərbədən söhbət açıb. Sonda şagirdlərə mövzu ilə bağlı geniş slayd nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi