Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş "Dəyirmi masa" keçirilib

       Məktəbimizdə Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planına uyğun olaraq "Mehdi Hüseynzadə və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və unudulmaz qəhrəmanın qohumu  Svetlana Əzizbəyova iştirak edib. Tədbirin əvvəlində  Svetlana Əzizbəyova çıxış edərək Mehdi Hüseynzadə və qələbə günü haqqında xatirələrini müəllim və şagirdlərlə bölüşüb. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığını şagirdlərin diqqətinə çatdırıb. Çıxış edən məktəbin direktoru Rəna Ağazadə qəhrəmanın  şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl nümunə olduğunu bildirib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi