"Şagirdlər tanıdır" layihəsi Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə keçirildi

     "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" Azərbaycan Respublikası Təhsil nazirinin əmrinin 2.5 və 2.8-ci bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.4.1 və 1.4.2-ci bəndinə uyğun olaraq şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində iştirakçı olan məktəblərin 6-8-ci sinif şagirdləri yaşadıqları rayonun və qəsəbənin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar toplayaraq onu digər məktəblərin şagirdləri ilə bölüşürlər. Layihənin üçüncü tur aksiyası Yasamal rayonunda keçirildi. Dekabrın 19-da baş tutan tədbirdə 21 nömrəli məktəbin şagirdləri qonaqları məktəbin foyesində qarşıladılar. Akt zalına dəvət olunan qonaqlara şagirdlər Yasamal rayonunun tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında və təhsil aldıqları məktəb haqqında geniş məlumat verdilər. Bundan sonra turun ən maraqlı məqamları başladı.  Belə ki, tur-aksiyada iştirakçı olan qonaqlar  xüsusi hazırlanmış avtobuslarla gəzərək  şagirdlərin bələdçiliyi ilə Yasamal rayonu ilə daha yaxından tanış oldular. Tur-aksiyanın sonunda şagirdlər Müdafiə Nazirliyinin tabeliyində olan Hərb Tarixi Muzeyini ziyarət etdilər. Bələdçi xanım qonaqlara muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi. Muzeyin digər bələdçisi isə100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırdı. Qonaqlar  20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular. Muzeyinin həyətində nümayiş olunan hərbi texnika şagirdlərin xüsusi marağına səbəb oldu və qonaqlar oradan xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi