"Şagirdlər tanıdır" layihəsi Keşlə qəsəbəsində

       Şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi davam edir. Dekabrın 13-də layihə üzrə məktəblilər Nərimanov rayonu Keşlə qəsəbəsində yerləşən 312 nömrəli məktəbin təşkilatçılığı ilə qəsəbədə yerləşən bir neçə tarixi mədəniyyət abidəsi ilə tanış olmuşlar. Qonaqlar əvvəlcə qəsəbədə yerləşən "Şəhidlər xiyabanı"nı ziyarət etmişlər. Burada şagirdlərə Keşlə qəsəbəsinin şəhidləri haqqında məlumat verilmişdir. Daha sonra məktəblilər Keşlə qəsəbəsində tarixi abidələrdən sayılan 17-ci əsrə aid Şah Abbas məscidi ilə tanış olmuşlar. Sonra şagirdlər 300 ildən artıq yaşı olan "Keşlə bəy hamamı"na ekskursiya etmişlər. Sonra qonaqlar qəsəbədə yerləşən qədim məscidlə tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi