Məktəbimizdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir
Dekabrın 12-də məktəbimizdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərdən biri də məktəbin 5"A" sinif şagirdlərinin iştirakı ilə keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə dahi öndərin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olublar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edən şagirdlər əvəzolunmaz liderin həyatı, fəaliyyəti haqqında geniş məlumat veriblər. Sonda məktəbin tarix müəllimi Leyla Məmmədova çıxış edərək türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib.