"Abad məhəllə" layihəsində qələbə

         Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “ABAD məhəllə” layihəsi çərçivəsində Yasamal rayonunda geniş miqyaslı quruculuq və abadlıq işləri həyata keçirilməkdədir. Son aylar ərzində Yasamal rayonunda “ABAD məhəllə” layihəsi çərçivəsində 17 “ABAD məhəllə”də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

     Uşaq, yeniyetmə və gənclərin inkişaf etdirilməsi, onların bacarıq və istedadlarının aşkara çıxarılması, fiziki cəhətdən sağlam böyümələri məqsədi ilə Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən dekabr ayında “ABAD məhəllə” layihəsi çərçivəsində mini-futbol və şahmat üzrə məhəllədaxili turnirlərə start verilmişdir. Ümumilikdə 10 məhəllə komandasının iştirakı ilə mini-futbol turnirində 100 nəfər, şahmat turnirində isə 60 nəfərə yaxın iştirakçı öz qüvvəsini sınamışdır. Həmin turnirdə məktəbimizin şagirdləri də uğurla iştirak edərək qələbə qazanmışlar. Belə ki, məktəbimizin futbol komandası turnirdə I yerə layiq görülmüşdür. Məktəbin 2"A" şagirdi  Həsənzadə Ruqəyya və 3"B" Mirzəzadə Aydın isə şahmat yarışında III yeri qazanmışlar. İstedadlı şagirdlərimizə uğurlar arzulayırıq və onlarla fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi