"Şagirdlər tanıdır" layihəsi başlandı

          Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.5-ci bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.7-cı bəndinə uyğun olaraq şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili və motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi, şagirdlərin ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlərin həyata keçirilməsi, tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili məqsədilə Bakı şəhərinin müxtəlif inzibati rayonlarında-Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanıda fəaliyyət göstərən 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə "Şagirdlər tanıdır" layihəsi həyata keçirilməyə başlanmışdır. Layihə çərçivəsində iştirakçı olan məktəblərin 6-8-ci sinif şagirdləri yaşadıqları rayonun və qəsəbənin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar toplayaraq onu digər məktəblərin şagirdləri ilə bölüşəcəklər. Layihənin ilk tur-akiyası Suraxanı rayonuna olmuşdur. Dekabrın 5-də baş tutan tədbirə ev sahibliyi edən 76 nömrəli məktəbin şagirdləri rayona qonaq gələn məktəbliləri Suraxanı rayonu Heydər Əliyev Mərkəzində qarşılayıblar. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Mərkəzlə tanış olublar. Suraxanı RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Lamiyə Namazova və Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verildikdən sonra məktəblilər rayon ərazisində olan Atəşgah məbədinə gediblər. Burada şagirdlər həm abidə ilə tanış olublar, həm də şagirdlər qonaqlara Suraxanı rayonu və Hövsan qəsəbəsinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında geniş məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi