Mark Tvenin "Şahzadə və dilənçi" əsərinin müzakirəsi keçirilib

    Məktəbimizdə mütamadi olaraq şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədi ilə ayrı-ayrı əsərlərin müzakirəsi keçirilir. Bununla əlaqədar olaraq dekabrın 4-də məktəbin kitabxanasında ana dili müəllimi Əzizəbəyim Bağırovanın təşkilatçılığı ilə məşhur Amerika yazıçısı Mark Tvenin "Şəhazdə və dilənçi" əsərinin müzakirəsi keçirilib. Əsərin müzakirəsində məktəbin V-VI sinif şagirdləri iştirak edib. Şagirdlər romanın əsas obrazları – ingilis şahzadəsi Eduard Tyudorun və balaca dilənçi Tom Kentin başına gələn əhvalatları danışaraq müzakirə aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi