Məktəbimizdə ağacəkmə aksiyası keçirilib

     “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında paytaxtdakı ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib. Məlum olduğu kimi, Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 17-də təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib. Məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından faydalı olan aksiyaya məktəbimizin kollektivi də qoşulub. Noyabrın 17-də məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində yeni ağaclar əkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi