Qoy ucalsın üçrəngli bayrağımız

         Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Bu bayram münasibəti ilə məktəbimizdə "Qoy ucalsın üçrəngli bayrağımız" adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Dövlət bayrağımız əsgər geyimli şagirdlərin müşayiəti ilə səhnəyə gətirildi. Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, rəqs nömrələri , səhnəcik və mahnılarla davam etdirildi. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə cıxış edərək  Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bidirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi