Məktəbimizdə "Yol hərəkətlərini öyrənirəm" və "Narkomaniya ümumbəşəri bəladır" adlı tədbir keçirilib

19 oktyabr tarixində məktəbimizdə "Yol hərəkəti qaydalarını öyrənirik" və "Narkomaniya ümumbəşəri bəladır" adlı tədbir keçirilib. Tədbirdə Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Eldəniz Əkbərov, Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktik işin təşkili Bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov və Polis idarəsinin digər əməkdaşları iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə kiçik yaşlı şagirdlərin ifasında "Biz yol hərəkəti qaydalarını öyrənirik" adlı tədbirə tamaşa ediblər. Şagirdlərin ifasında biri-birini əvəz edən musiqi nömrələrini, şeirləri, səhnəcikləri məmnunluqla izləyən Qəhrəman Qələndərov  şagirdlərə təşəkkürünü bildirərək onlara öz tövsiyələrini verib. Sonra akt zalında məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya ümumbəşəri bəladır" adlı tədbir keçirilib. Mövzu ilə bağlı film nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi