Müstəqilliyimiz əbədidir

18 Oktyabr- Azərbaycan Dövlət Müstəqilliyi günüdür. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Həmin əlamətdar gün münasibəti ilə məktəbimizdə də "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın azadlıq mücahidlərinin və məktəbimizin adını daşıdığı, 20 Yanvar şəhidi Eldar Məmmədovun ruhu bir dəqiqəlik sükütla yad edilib. Şagirdlərin ifasında Vətənə, müstəqilliyə aid olunmuş şeilər səsləndirilib, mahnılar ifa edilib. Tədbirin sonunda məktəbin direktoru Rəna Ağazadə çıxış edərək bütün pedoqoji kollektivi bu müqəddəs bayram münasibəti ilə təbrik edib. Sonra o, rayon İcra Hakimiyyətinin fərmanı ilə məktəbin ana dili müəllimi Maral Quliyevanı və əmək hazırlığı müəllimi Ulviyyə Qurbanovanı rayonun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi