"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub

Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur.  Belə ekskursiyalardan biri də 11.10.2018-ci il tarixində məktəbimizdə təşkil olunmuşdur. Ekskursiyanın əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir. Şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilmişdir. Onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olmuşlar. Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunmuşdur. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi