"Mən müəllimdən yüksək bir ad tanımıram"

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu bayram münasibətilə məktəbimizdə də tədbir keçirilib. Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə məktəbin direktoru Rəna Ağazadə çıxış edərək ilk öncə bu bayram münasibətilə bütün müəllim heyətini təbrik etdi. O , müəllim adının nə qədər şərəfli və eyni zamanda hədsiz məsuliyyətli olduğunu diqqətə çatdırıb bildirdi ki, Ulu öndər sağlığında “Mən müəllim peşəsindən şərəfli peşə tanımıram. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimiz təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir, məktəbdə tərbiyə verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm”-demişdir. Sonra məktəbin istedadlı şagirdləri hazırladıqları şeir və mahnı kompozisiyalarını təqdim edərək müəllimləri təbrik ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi