Biz sülh istəyirik

    Sülh hər bir cəmiyyətin, ümumilikdə bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Sülh olmayan yerdə xeyir-bərəkət olmur, xoşbəxt və firavan həyat arzu olaraq qalır, mənəviyyata böyük zərbə dəyir. 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibəti ilə məktəbimizdə də təntənəli tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Çıxış edən şagirdlər 21 sentyabr "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş məlumatlar səsləndiriblər. Məktəbin 4"A" sinfinin təqdimatında "Dünyaya sülh" adlı kompozisiya səsləndirilib, 2"C" sinfinin şagirdləri "Göyərçinik biz" mahnısı ifa ediblər. Məktəbin həyətində yuxarı sinif şagirdləri "Gəlin sülhə səs verək" adlı rəsm işləri çəkiblər. Tədbirin sonunda şagirdlər sülh rəmzi olan göyərçinləri göyə uçurublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi