Yeni dərs ilinin ilk dərsləri
Təhsil naziri Ceyhun Bayramovun yeni dərs ili ilə bağlı imzaladığı əmrə əsasən ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunmuşdur. Bununla əlaqədar olaraq məktəbimizdə də 17 sentyabr tarixində keçirilən ilk dərslər həmin mövzular əsasında keçirilib.