Məktəbimizdə "Bilik günü" qeyd olunub

    Bilik günü — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür.

     Məktəbimizdə də həmin gün hər il olduğu kimi bu il də xüsusi təntənə ilə qeyd edilib. Yeni dərs ilinin başlanması münasibətilə çıxış edən məktəbin direktoru Rəna Ağazadə  pedaqoji kollektivi və şagirdləri yeni dərs ilinin başlanması  münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Sonra tədbir məktəb kollektivinin "Bilik günü"nə həsr etdikləri bədii-musiqili proqramla davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi