Şagirdlərimiz yay istirahət düşərgəsində
Gənclər və İdman Nazirliyi hər il yeniyetmələrin sağlamlığının qorunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istirahət düşərgələri təşkil edir. Bu ilin avqust ayında respublikamızın səfalı guşəsində- Quba rayonunda yay istirahət düşərgəsi təşkil edilmişdir. Məktəbimizin icimai həyatında fəal iştirakına görə şagirdlər Əmirov Kamil və Nəbiyev Səfər həmin düşərgəyə istirahətə göndərilib.