Hüquqlarımızı öyrənək və öyrədək
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il 18 iyun tarixində "İnsan Hüquqları Günü" kimi qeyd olunur. Bununla əlaqədar olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı" elan edilmişdir. Məktəbimizdə coğrafiya və informatika müəllimləri Məhəbbət Mütəllibova və Nərmin Xasmetovanın təşkilatçılığı ilə " Hüquqlarımızı öyrənək və öyrədək" adlı tədbir keçirilib.
Tədbirdə şagirdlər uşaqların hüquqları haqqında geniş məlumat veriblər.