1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü məktəbimizdə böyük təntənə ilə qeyd olunub. Məktəbin 1"B" və 1"C" sinifləri bu bayrama xüsusi hazırlanıb. İlk öncə tədbiri 1"C" sinfinin balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan ediblər. Biri birindən maraqlı şeirlərlə, mahnılarla, səhnəciklərlə davam edən tədbir iştirakçılar tərəfindən maraqla izlənilib. Sonra 1"B" sinif şagirdlərinin "Torpaqdan pay olmaz" hekayəsi əsasında qurulmuş maraqlı kompozisiyanın nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri səhnəciklər, səsləndirdikləri şeirlər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi