M.Ə.Sabirin xatirəsi

Mayın 30-da Cəlil Məmmədquluzadənin ev-muzeyinin təşkilatçılığı ilə dahi satirik Mirzə Ələkbər Sabirin xatirə günü keçirilib. Məktəbimizin müəllim və şagird heyəti də bu tədbirdə iştirak edib. Görkəmli şairin adını daşıyan bağda keçirilən tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin yaradıcılığından, onun xatirəsinə göstərilən dövlət qayğısından, şairə xalq məhəbbətindən söhbət açılıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Rza 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən Sabir poeziya günlərinin, anım mərasimlərinin əhəmiyyətindən, Sabirə ümumxalq məhəbbətindən və onun xatirəsinin daim xalqımız tərəfindən geniş qeyd olunmasından danışıb. Tədbirdə Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, elmi işçisi Fazilə Hümmətova, şairə-publisist Zərəngiz Qayalı, Əməkdar Müəllim Məlahət Babakişiyeva və digərləri görkəmli şairin öz əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirdiyini bildiriblər. Onun zəngin bədii irsinin, o cümlədən “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi mənzumələrin nəinki Azərbaycanda, Yaxın və Orta Şərqdə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərdiyini söyləyiblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi