Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Mayın 24-də məktəbin həyətində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə  həsr olunmuş "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı flaşmob keçirilib.  Azərbaycanın Dövlət himni səsləndirilib. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumatlar səsləndirib, vətənə, xalqa həsr olunmuş şeirlər ifa ediblər. Məktəbin direktoru Rəna Ağazadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirib. Bildirilib ki, dövlətimizin başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi