Şərqin ilk demokratik dövləti

Düz 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın tarixində mühüm bir hadisə olmuşdur. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdur. Azərbaycan prezidentinin sərəncamı ilə 2018-ci il "Cümhuriyyət ili" elan edilmişdir. Bununla əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlər keçirilib. Bu tədbirlərdən biri də mayın 24-də məktəbin ana dili müəllimi Maral Quliyevanın keçirdiyi "Şərqin ilk demokratik dövləti" adlı ədəbi-bədii kompozisiya olub. Tədbirdə Tarix institutunun professoru, elmlər doktoru Arif Məmmədov, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, tarix üzrə fəlsəfə doktorları Taleh Əliyev və Cəlal Novruzov qonaq qismində iştirak edib.   

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi