Bir kərə yüksələn bayraq, bir daha enməz!

2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu bayram münasibətilə məktəbin ibtidai siniflər üzrə direktor müavini  Gülnarə Süleymanova 4"A" sinfi ilə birlikdə "Bir kərə yüksələn bayraq, bir daha enməz" adlı möhtəşəm  tədbir keçirib. Milli geyimli şagirdlər zala "Cəngi" sədaları altında daxil olub. Dövlət himninin səsləndirilməsindən sonra şagirdlərin "Sən azərbaycanlısan!" adlı kompozisiya ilə rəqsi tədbir iştirakçılarının gurultulu alqışına səbəb olub. Çıxış edən şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında məlumatlar səsləndirib, şeirlər ifa ediblər. Sonda çıxış edən  məktəbin direktoru Rəna Ağazadə şagirdlərə öz xoş arzularını bildirərək Gülnarə müəlliməni şagirdlərdə milli-mənəvi dəyərlər aşıladığına görə Fəxri Fərmanla təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi