Bilik yarışması
Mayın 23-də məktəbdə VIII və IX siniflər arasında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi"nə həsr olunmuş "Bilik yarışması" keçirilib. Yarışda şagirdlərə ana dili, ədəbiyyat, riyaziyyat, coğrafiya və tarix fənləri üzrə suallar təqdim olunub. Gərgin mübarizə şəraitində keçən yarışda münsiflər heyətinin obyektiv qərarından sonra 9"d" sinfi I yerə, 8"c" və 9"a" sinifləri II yerə, 8"a" sinfi isə III yerə layiq görülmüşdür. Qalib gələn siniflər və ən fəal şagirdlər Fəxri Fərmanlarla və müxtəlif hədiyələrlə mükafatlandırılıb.