"Breyn-rinq" yarışı

Mayın 22-də məktəbdə V siniflər arasında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi"nə həsr olunmuş "Breyn-Rinq" yarışı keçirilib. Oyunda məktəbin 4 komandası iştirak edib. Komandalara 5 fənn üzrə suallar təqdim olunub. Suallara düzgün, dəqiq, dolğun cavablar verən komandalar məktəbin münsiflər heyətini təşkil edən müxtəlif fənn müəllimləri tərəfindən qiymətləndirilib. Məktəbin istedadlı şagirdlərin ifasında rəqs və mahnı nömrələri hamı tərəfindən maraqla qarşılanıb. Oyunun sonunda komandaların nəticələri elan edilib. Beləliklə, V"c" sinfi 1-ci yeri, V"b" sinfi 2-ci yeri, V"d" və V"a" sinifləri 3-cü yeri qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi