Ana dili fənnindən "Açıq dərs"

Mayın 11-də məktəbin ana dili müəllimi Nəzakət Zeynalova 8"A" sinfində Azərbaycan dili fənnindən " Müəyyən şəxsli sadə cümlə" mövzusunda "Açıq dərs" keçirib.  Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Şagirdlər "Şuşa", "Qələbə", "Qəhrəmanlar", "Azərbaycan" adları altında dörd qrupa bölünüb. Liderlər qrup adları haqqında geniş və ətraflı təqdimat edib. Çox maraqlı keçən dərsdə motivasiyanın yaradılması, şagirdlərin dərslik üzrə işi və müstəqil tədqiqatlar aparmaları, dərsdə iştirakları nəzərə alınmaqla qiymətləndirilmələri də müəllim tərəfindən dərs prosesi ərzində ustalıqla təşkil olunub. Sinifdə işgüzar mühit olduğu üçün şagirdlər dərsin gedişini maraqla izləyib,  verilən tapşırıqlar üzərində həvəslə çalışıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi