Riyaziyyat gecəsi

Məktəbimizdə şagirdlərə tədris olunan fənləri sevdirmək , onları dərslərə həvəslənirmək üçün tez - tez müxtəlif fənlərin aylığı , fənn gecələri təşkil olunur. Bunu nəzərə alaraq məktəbimizdə "Riyaziyyat və informatika fənn aylığı"na start verilib. Mayın 14-də məktəbdə riyaziyyat müəllimi Kəmalə Allahverdiyevanın təşkilatçılığı ilə  "Riyaziyyat gecəsi" adlı tədbir keçirilib. Əyləncəli gecədə məktəbin şagirdləri riyaziyyata həsr olunan məzəli mahnılar, eləcə də, digər musiqi nömrələri ifa ediblər. VII və VIII sinif şagirdləri arasında keçirilən viktorina xüsusilə maraqla qarşılanıb. Riyaziyyat-ədəbiyyatda, riyaziyyat-fizikada, riyaziyyat-coğrafiyada, riyaziyyat-tarixdə mövzularında olan viktorina həmin fənlər üzrə müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib, qaliblərə hədiyyələr təqdim olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi