"Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" adlı ədəbi-bədii kompozisiya keçirilib

Mayın 11-də məktəbdə musiqi müəllimi Ellada Əliyevanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şagirdlər Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri haqqında, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasət haqqında geniş məlumat veriblər. Şagirdlər həm də Şuşa şəhərinin işğalı haqqında, 9 May-Faşizm üzərində Qələbə haqqında öyrəndikləri məlumatları səsləndiriblər, hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi