Qələbə günü
Mayın 8-də məktəbimizin ana dili müəllimi Xanım Səfərova bir qrup şagirdlə general Həzi Aslanovun abidəsinin önündə xüsusi dərs keçirib. Dərs 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 73 illiyinə həsr olunub. Şagirdlər İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətləri, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlər haqqında məlumatlar səsləndiriblər. Sonra məktəblilər mövzu ilə əlaqədar ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Çıxış edən ana dili müəllimi qeyd edib ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edilib. Sonda müəllim və şagirdlər Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.