Şuşa-Mədəniyyət ocağımız

      1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar.

      Həmin faciəvi gündən 26 il keçib. Bununla əlaqədar olaraq mayın 8-də məktəbdə "Şuşa-Mədəniyyət ocağımız" adlı tədbir keçirildi. Tədbir məktəbin həyətyanı sahəsində 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü önündə keçirildi. Şagirdlərin hazırladıqları plakatlar nümayiş olunub. Şagirdlər Vətənə həsr olunmuş şeirlər səsləndiriblər, mahnılar ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi