Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Mayın 7-də məktəbdə ümummilli lider, müstəqil Azərbaycanın qurucusu, memarı Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Rəna Ağazadə dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən söhbət açıb,  Azərbaycanın tərəqqi və inkişafının məhz fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi