"Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda "Açıq dərs"

Mayın 1-də Yasamal rayonu  Heydər Əliyev Muzeyində  məktəbimizin tarix müəllimi Leyla Məmmədovanın təşkilatçılığı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda "Açıq dərs" keçirilib. Dərs Dövlət himninin oxunması ilə başlandı. Çıxış edən Leyla Məmmədova  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verərək Heydər Əliyev səxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu bildirdi. O, çıxışında qeyd etdi ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verdilər. Videofilm nümayiş etdirildi. Sonda müəllim və şagirdlər Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi