Oxu günü
25 aprel Heydər Əliyev istirahət parkında “Oxu günü” nün açılış mərasimi baş tutub. Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəsdə kitab bayramı abu-havası yaşadıb. Mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Bununla əlaqədar olaraq məktəbimizin bir qrup müəllim və şagirdi həmin tədbirdə iştirak edib.